Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:06

Siyasi partiya təmsilçiləri ortaq fikrə gəldilər


Fevralın 15-də Azərbaycanın siyasi partiya təmsilçiləri ATƏT sədri Kanat Saudabayevlə görüşüb.

Görüşdə YAP, Müsavat, AXCP, Ümid, Demokratik İslahatlar, Böyük Qurtuluş Partiyası və «Azərbaycan Naminə» İctimai Forumun təmsilçiləri Dağlıq Qarabağ probleminin həlliylə bağlı eyni münasibət göstəriblər.

«Azərbaycan Naminə» İctimai Forumun sədri Eldar Namazov AzadlıqRadiosuna bildirib ki, onlar ATƏT-ə sədrliyi müddətində Qazaxıstanın bu münaqişənin həllində aktivlik göstərməsini və təşəbbüskar olmasını arzulayıblar.

Ölkənin demokratiya məsələləriylə bağlı müzakirədə isə partiya təmsilçiləri arasında fikir parçalanıb. Hakim partiya nümayəndələri Azərbaycanda demokratiya, söz və mətbuat azadlığından bəhs etsələr də, müxalif düşərgə təmsilçiləri ölkədə demokratiyanın tənəzzülündən danışıblar. Eldar Namazov:

«Biz insan hüquqları sahəsindəki pozuntulardan danışdıq. Sədrin diqqətinə iki baş redaktorun, iki gənc bloqçunun həbsdə saxlanmasını çatdırdıq».

ATƏT sədri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb.

Fevralın 17-nə kimi Azərbaycanda bir sıra görüşlər keçirən Kanat Saudabayev daha sonra Gürcüstan və Ermənistana da səfər edəcək.
XS
SM
MD
LG