Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:57

Klinton İrana qarşı yeni sanksiyalara dəstək axtarır


ABŞ-ın dövlət katibi Hillari Klinton İrana qarşı yeni sanksiyalara ərəb ölkələrinin dəstəyinə nail olmaq üçün İran Körfəzi ölkələrində səfərdədir.

Bazar günü Dohada olarkən Klinton İranı təhlükəli qərarından vaz keçməyə çağıraraq deyib ki, Tehranın bu mövqeyi dünya ictimaiyyətini İrana qarşı daha sərt tədbirlər görməyə vadar edir.

Dövlət katibi bu gün Səudiyyə Ərəbistanına gedəcək. O kral Abdulla və xarici işlər naziri Şahzadə Səud əl-Feysəllə görüşəcək.

XS
SM
MD
LG