Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:27
Kenyada iki korrupsiya qalmaqalı ölkəni bir-birinə vurub. Afrikanın ən böyük iqtisadiyyatına malik olan bu ölkənin prezidenti Mvai Kibaki səkkiz yüksək vəzifəli məmurun korrupsiya araşdırmaları bitənə qədər – üç aylığa işdən kənarlaşmasını tələb edib. Onların arasında iki nazir də var.

Nazirlərdən biri qarğıdalı biznesində 26 milyon dolları, digəri isə təhsil nazirliyində yüz minlərlə dolları it-bata salmaqda ittiham edilir.

Prezident rəsmilərdən xahiş edib ki, istintaq başa çatana qədər işdən kənarlaşan adamların vəzifələrini başqaları görsün.

İttigam olunanalar arasında dörd nəfər də daimi katiblər var.

Prezidentin çağırışından dərhal sonra baş nazir qarğıdalı ittihamı ilə istintaqa imkan vermək üçün iki nazirin işdən kənarlaşdığını elan edib.

Təhsil Nazirliyindən ittiham olunanların istefa verməsi üçün də təzyiqlər artır.

Bu, Kenyada ilk belə korrupsiya qalmqalı deyil. Təhlilçilər ölkədə siyasi məsuliyyət mədəniyyətinin olmadığını deyirlər.

Şərhləri göstər

XS
SM
MD
LG