Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:00

Mərhum baş nazirin xatirəsi anılır


Minlərlə Livan sakini qətlə yetirilmiş keçmiş baş nazir Rafiq Həririnin xatirəsini anmaq üçün Beyrutun mərkəzinə yığışıb.

Rafiq Həriri 2005-ci ildə törədilmiş partlayış nəticəsində ölüb.

Həmin vaxt baş nazirdən başqa 20 dən çox adam da öldü.

Hazırda ölkəyə onun oğlu Saad Həriri başçılıq edir.

Livanlıların çoxu bu qətlə görə Suriyanı günahlandırır.

Həmin hadisədən sonra Suriya qoşunları Livandan çıxmalı oldu.

Bu yaxınlarda Suriyada rəsmi səfərdə olmuş Saad Həriri münasibətlərin yaxşılaşdığını deyir.
XS
SM
MD
LG