Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:42

ATƏT-in sədri Bakıya gəlib


ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev Azərbaycana gəlib.

APA-nın məlumatına görə Kanat Saudabayev jurnalistlərə açıqlama verməyib, sadəcə işləmək üçün ona vaxt verilməsini xahiş edib.

Kanat Saudabayev Azərbaycan prezidenti, xarici işlər naziri, parlament sədri və siyasi partiyaların rəhbərləri ilə görüşəcək.

Onun regiona səfəri zamanı ikitərəfli münasibətlər, regiondakı münaqişələrin həlli və demokratik proseslərə dəstək verilməsində ATƏT-in rolu müzakirə olunacaq.

Kanat Saudabayev Ermənistan və Gürcüstana da səfər edəcək.

Onun regiona səfəri fevralın 17-də başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG