Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:34

İnternet nə işə yarayır?


David Çaqanava

Dünya üzrə statistikaya görə, son 9 ildə Gürcüstanda internet istifadəçilərinin sayı 50 faiz artıb, 2009-cu ildə bir milyonu keçib. Ancaq Qafqaz Resurs Araşdırma Mərkəzinin 2 ay əvvəl nəşr etdiyi məlumata görə, Gürcüstanda İnternetdən informasiya mənbəyi kimi istifadə edənlər cəmi 3 faizdir. Bu da vətəndaşlar arasında keçirdiyimiz sorğu:

-İnternetdən istifadə edirsiniz?
-Bəli, tez-tez.
-Nə üçün?
-Əsasən filmlərə baxmaq üçün.

- Bəzən film yükləyirəm, «odnoklassnik»ə girirəm, oyun oynayıram.

- Çox tez-tez.
- Ən çox nə məqsədlə istifadə edirsən?
- Filmlərə baxıram.

«VİKİPEDİYA KİMİ İNFORMASİYA SAYTLARI OLSAYDI…»

Gürcüstanda internetdən hansı məqsədlərlə istifadə edilir? Gürcüstanın internet bazarı haqda rəsmi məlumat yoxdur. Bəzi beynəlxalq saytlar ölkələrdə daha çox oxunan saytların adlarını nəşr edir. Bu baxımdan əyləncə portalları Gürcüstanda üstünlük təşkil edir.

Gürcü bloqçu Qiqa Paiçadze:

«Əgər Vikipediya kimi informasiya saytları olsaydı, gürcülərin internetdən əsasən işgüzar məlumatlar üçün istifadə etdiyini deyərdim. Ancaq burada All Movies, tvali.ge, my avto.ge, avoe.ge.-dir. Bu isə o deməkdir ki, internet Gürcüstanda əyləncə məqsədilə istifadə edilir.

Əyləncə xarakterli saytların populyarlığını fəal internet istifadəçiləri onların pulsuz, əlçatan, lisenziya tələb etməməsi ilə izah edir. Kommunikasiyaya Nəzarət Milli Komitəsinin məlumatına görə Gürcüstanın internet provayderlərindən biri - Caucasus Network bazarın 75 faizinə nəzarət edir. Öz saytında isə pulsuz, lisenziyasız xarici video və audio məhsullar yayır. Bir sıra qərb ölkələrində bu məhsulların nəinki yayılması, hətta istifadəsi də qanunsuzdur və qanunla cəza nəzərdə tutulur.

KEYFİYYƏTLİ MƏHSULA TƏLƏB YOXDUR

Bloqçu Nodar Daviturinin sözlərinə görə səbəb keyfiyyətli məhsula tələbin olmamasıdır:

«Bir qayda olaraq İnternetdən gənclər və yeniyetmələr istifadə edir. Əksəriyyəti əyləncəli saytlarla maraqlanır. Bizdə əyləncə üçün olmayan saytlar, resurslar azdır».

Dünya şəbəkəsində yüz minlərlə səhifə var, onların axtarışı müəyyən texniki və dil biliyi tələb edir. Bu hal isə kütləvi deyil. Bu vəziyyət Gürcüstanın internet məkanına ucuz və sürətli vərdişlərin daxil olmasına təkan verir. Maarifləndirici ideyaların yaranması üçün vərdişlərin, texniki resursların inkişafı Gürcüstanda hələ də qərbin qrantları hesabına həyata keçirilir.

Bloqçuların sayının artması buna nümunədir. Bloqlar barədə anlayışı olan jurnalistlər və digərləri heç bir nəzarət olmadan öz fikirlərini bölüşə bilirlər. Bir sıra qərbli ekspertlər Gürcüstanda internet istifadəsi zamanı beynəlxalq norma və qanunların pozulduğunu bildirir. Məsələn, Dünya qəzet assosiasiyasının rəhbəri Emon Bern hesab edir ki:

«İnternet bazarında əvvəlki mövqeyi tutmaq rəqəmsal KİV-n gələcək müvəffəqiyyəti üçün açardır. Baxmayaraq ki, bu, bu gün sərfəli olmaya bilər».

Gəlirin artması Qərb tərəfindən müstəqillik imkanı və siyasi təsirdən qurtuluş kimi dəyərləndirilir. Bu mənada İnternet ağır vəziyyətdə olan ənənəvi KİV-in ağır vəziyyətini yüngülləşdirmə vasitəsi kimi qəbul olunur. Bu yanaşma yeni deyil. İnternet artıq uzun müddətdir müstəqillik, məlumatlılıq və azadlığım qarantı hesab olunur. Məsələn, tanınmış Amerika şairi Con Peri Barlou istənilən dövlət ideologiyasına qarşı çıxanlardan olub. Özünün bir səhifəlik müstəqillik qətnaməsində bunları qeyd edib:

«Mülkiyyət, ifadə, özünəməxsusluq və məzmun haqda hüquqi konsepsiyanızın bizə artıq aidiyyəti yoxdur. Onlar materiyaya əsaslanıb. Burada, İnternetdə materiya yoxdur».

PORNO YÜKLƏYƏN GƏNCİ İNTERNET NECƏ AKTİV EDƏ BİLƏR?

Əgər qeyri-maddi İnternet informasiya mənbəyi kimi qəbul olunursa, dünyanın qeyri demokratik hissəsində məlumatlılıq səviyyəsinin artımı demokratik irəliləyişlərin qarantıdır. Bu məqsədlə inkişaf edən ölkələr bu sahəyə böyük pullar ayırır. Bomba yerinə kompüterlər - bu tendensiyanı müxtəlif cür adlandırırlar. Ancaq bu fikirlə razılaşmayanlar da var. Məsələn, Amerikada məşhur olan belorus alim Yevgeniy Morozov bir neçə il ərzində internet və texnologiyanın keçid dövründə olan ölkələrin demokratiyasına təsirini araşdırıb. Morozov hesab edir ki, internetin əlverişlilik səviyyəsinin demokratiya ilə birbaşa əlaqəsi yoxdur.

«Kiber utopistlər hesab edirlər ki, insanlar internetin köməyi ilə daha fəal olurlar. Bu da onların düşdüyü konseptual tələdir. Biz kiber hedonizmə – kefə meyllilik haqqında az eşitmişik, bu halda insanlar daha passiv olur. Utopistlər nədəsə hesab edirlər ki, internet dəyişikliklərin katalizatoru olacaq, bu da gəncliyi fəallığa sövq edəcək, hərçənd reallıqda internet həm də pornoqrafiyanı yükləməklə vaxt keçirən həmin gəncliyi otaqlarda bağlaya bilər. Odur ki, fəallar yerinə internetin girovları yarana bilər. Onlar da yalnız Vorkraft oyunu zamanı fəallaşır».

Əyləncə saytlarının populyarlığı reallıqla necə uzlaşır, bu barədə danışmaq hələ tezdir. Bircə onu demək olar ki, bu gün Gürcüstanda internet nisbətən azad məkandır. Bu məkanda istehlakçı ənənəvi KİV-in diqqətindən kənarda qalan informasiya ilə tanış ola bilir.

XS
SM
MD
LG