Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:01

ATƏT-in sədri Cənubi Qafqaza gəlir


ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevin bu gün Cənubi Qafqaza səfəri başlayır.

ATƏT-in rəsmi saytında yerləşdirilən məlumata görə, Kanat Saudabayev fevralın 14-dən 17-nə kimi Azərbaycan, Ermənistan və Gürcüstanda səfərdə olacaq.

Kanat Saudabayev Azərbaycan və Ermənistan prezidentləri, xarici işlər nazirləri, parlament sədrləri və hər üç ölkənin siyasi partiyalarının rəhbərləri ilə görüşəcək.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla regionda həlli uzanan münaqişələrin yoluna qoyulması müzakirə olunacaq.

Kanat Saudabayev səfər çərçivəsində həmçinin region ölkələrində demokratik proseslərə dəstək verilməsində ATƏT-in rolunu da müzakirə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG