Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:31

Talibançılara qarşı əməliyyat davam edir


ABŞ, Britaniya və Əfqanıstan qüvvələri ikinci gündür ki, Əfqanıstanın cənubundakı Helmand əyalətində talibançılara qarşı irimiqyaslı əməliyyat aparırlar.

Əməliyyata 15 min əsgər cəlb olunub.

NATO-nun məlumatına görə dünənki döyüşlərdə 20 yaraqlı və 2 əsgər ölüb.

Məlumatlara görə talibançılar hərdən müqavimət göstərirlər, amma minaların çoxluğu kolaisiya qüvvələrinin hərəkətini çətinləşdirib.

Koalisiya qüvvələri Mərcə şəhəri ilə Nad Əli rayonunu yerli hakimiyyətin nəzarətinə qaytarmaq və orda yardım proqramlarının həyata keçirilməsinə başlamaq niyyətindədir.

Bu rayonlar talibançıların əsas dayaq məntəqələrindən biri və tiryək istehsalının mərkəzi sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG