Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:02

Gürcüstanda Kumaritaşvilinin adına xizək mərkəzi tikiləcək


Gürcüstan prezidenti Mixeil Saakaşvili bildirib ki, Vankuverdə məşq zamanı ölmüş Gürcüstan xizəkçisi Nodar Kumaritaşvilinin adına xizək-idman mərkəzi tikdirəcək.

Kompleks onun doğulduğu Bakuriani şəhərində tikiləcək.

Saakaşvili dünən Vankuverdə çıxış edərkən deyib ki, idmanda səhv ölümlə nəticələnməməlidir.

Mixeil Saakaşvili bildirib ki, qəzadan əvvəl yolun təhlükəliliyi ilə bağlı bəzi narahatlıqlar ortaya çıxıb, amma o texniki ekspert olmadığından bu məsələdə kimlərisə ittiham etmək fikrində deyil.

Beynəlxalq Xizək Federasiyası bundan əvvəl qəzanın idmançını səhvi ucbatından baş verdiyini bəyan eləmişdi.

Olimpiya rəsmiləri təhlükəsizlik baxımından yolun uzunluğunu qısaldıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG