Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:04

«Neftçi»nin avtomobili qəzaya uğrayıb, 2 nəfər ölüb


Bakının «Neftçi» futbol klubuna aid xidməti avtomobil qəzaya uğrayıb. Nəticədə klubun iki nəfər işçisi – 33 yaşlı Vahid Vaqif oğlu Həmidov və 28 yaşlı Alim Malik oğlu Məmmədov həlak olub. Bunu AzadlıqRadiosuna Respublika Dövlət Yol Polisi İdarəsindən deyiblər.

Məlumata görə, Unibank Premyer Liqasında «Karvan»la Yevlaxda keçirilən oyundan qayıdan komandanın «Hyundai-Sonata» markalı 90 AU 202 dövlət nömrə nişanlı avtomobili Cəngi qəsəbəsində yolun buz olması ilə bağlı çökəkliyə yuvarlanıb. Hadisə zamanı 2 nəfər də xəsarə alıb. Yaralılar Mübariz Valeh oğlu Xudiyev və Dadaş İman oğlu Zeynalov Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri stabildir.

Klubun oyunçuları, o cümlədən məşqçi və həkimlər isə qəzaya uğrayan avtomobildə olmayıblar. Baş vermiş hadisəni Respublika Dövlət Yol Polisi İdarəsinin təhqiqat şöbəsinin əməkdaşları araşdırırlar.
XS
SM
MD
LG