Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:10

Kölndə Xocalı faciəsi ilə bağlı konfrans keçiriləcək


Fevralın 26-da Almaniyanın Köln şəhərində Xocalı qırğınının növbəti ildönümü ilə əlaqədar konfrans keçiriləcək.

Konfransı Dünya Azərbaycanlıları Konqresi , Azərbaycan Federal Demokrat Hərəkatı və Kölndəki Azərbaycan Kültür Ocağı təşkil edəcək.

Konfransın yekununda beynəlxalq ictimaiyyətə və təşkilatlara müraciət qəbul olunacaq.

1992-ci il fevralın 26-da Erməni birləşmələri Xocalıya girərək 600-dən çox adamı vəhşicəsinə qətlə yetirdilər,

1000-dən cox dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 1275 dinc sakin isə girov götürüldü.

Onlardan 150 – nin taleyi indi də məlum deyil.
XS
SM
MD
LG