Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:40

QAT "Döyüşə hazır ol" devizi ilə form keçirib


Qarabağ Azadlıq Təşkilatı bu gün Gəncədə “Döyüşə hazır ol!” devizi altında növbəti form keçirib.

Formda QAT rəhbərliyi, QAT-ın Gəncə, Goranboy, Naftalan şöbələri, həmçinin yerli partiya və ictimai təşkilatların nümayəndələri, ziyalılar, bölgədə məskunlaşmış məcburi köçkün və qaçqınlar iştirak edib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, işğal altında olan torpaqları yalnız hərbi yolla azad etmək mümkündür.

Forumda 5 müddəadan ibarət sənəd də qəbul olunub.

Sənəddə qeyd olunub ki, Azərbaycan Qarabağ probleminin həlli yolunda beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlardan imtina etməli, ölkənin maraqlarına cavab verməyən hər hansı sazişlə heç bir halda razılaşmamalıdır.

Forum iştirakçılarına Qarabağ və müharibə tarixinə aid kitab və broşürlər paylanıb, sonra isə Şəhidlər Xiyabanı ziyarət edilib.

Qeyd edək ki, Qarabağ Azadlıq Təşkilatı bunadək Bakı, Quba, Xaçmaz, Ağdam,Bərdə vəTərtər bölgələrində bu cür forumlar keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG