Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:47

Ukrayna ilə Rusiya dost olmalıdırlar


Ukrayna prezidenti seçilmiş Viktor Yanukoviç bildirib ki, Ukrayna ilə Rusiya arasındakı münasibətlər mehriban və praqmatik olmalıdır.

O Rusiya televiziyasına müsahibəsində Sevastoploldakı Rusiya donanmasının 2017-ci ildən sonra da bu bazada qalmasının mümkünlüyünü istisna etməyib.

Bu məsələylə bağlı tərəflər arasındakı razılaşmanın müddəti 2017-ci ildə sona yetir.

O həmçinin qaz-nəqliyyat konsorsumunun yaradılmasında Rusiya və Avropa Birliyi ilə danışıqlara hazır olduğunu bildirib.

NATO ilə münasibətlərə gəldikdə isə o indiki formatın genişləndirilməyəcəyini deyib.

Yanukoviç bir daha bildirib ki, baş nazir Yuliya Timoşenko istefa verməlidir.

O vaxtındanəvvəl parlament seçkilərini də istisna etməyib.
XS
SM
MD
LG