Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:07

Olimpiyadaya start verildi


Kanadanın Vankuver şəhərində qış Olimpiya oyunlarına start verilib.

Olimpiyadanın başlamasına bir neçə saat qalmış Gürcüstandan olan 21 yaşlı xizəkçi Nodar Kumaritaşvili məşq zamanı ölüb.

Onun xizəyi yoldan çıxaraq dirəyə çırpılıb.

Gürcüstan komandası və bir çox digər atletlər açılış mərasiminə qara lentlə çıxıblar.

Olimpiya məşəlinin yandırılmasında Kanada hokkeyinin əfsanəsi Ueyn Qretski və digər məşhur idmançılar iştirak edib.

British Columbia Place stadionunda keçirilən açılış mərasimində 2 500 idmançı və təxminən 60 min sehirçi iştirak edib.Olimpiyada 17 gün sürəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG