Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:15

Qış olimpiadasında Gürcüstan idmançısı həlak olub


Vankuver qış olimpia oyunları faciə ilə başlayır.

21 yaşlı Gürcüstan xizəksürəni Nodar Kumaritaşvili məşq zamanı xizək yolundan çıxaraq dirəyə dəyib. İdmançı xəstəxanaya catdırılmazdan əvvəl aldığı zədələrdən keçinib.

Gürcüstan olimpia komandasının rəhbəri istisna etmir ki, onun rəhbərlik etdiyi heyət olimpia yarışlarından imtina edə bilər. Bu haqda xəbər verən Röyters bildrir ki, gürcü idmançıarı faciədən bərk sarsılıblar.

Faciənin baş verdiyi Vistler xizək yolu bu tipli qurğuların ən mürəkkəblərindən biridir. Kumaritaşvili 16-cı döngədə yoldan çıxıb, yolun bu hissəsinə çatanda onun sürtəi saatda 145 km-ə yaxın olub.

Bu birinci dəfə deyil ki, Vistlerdə idmançılar yoldan çıxır. Amma indiyə qədər baş verənlər xüsusi ağır nəticəyə gətirməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG