Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:31

İnsan haqları fəalları BMT-ni İrana müşahidəçi göndərməyə çağırırlar


Bir qrup insan haqları müdafiəçisi Cenevrədəki BMT-nin İnsan Haqları Şurasına müraciət edərək Tehrana təzyiqləri gücləndirməyi xahiş edirlər. Onlar xahiş edirlər ki, BMT İrana insan haqları müşahidəçilərini göndərilməsinə nail olsun.

Müraciəti Amnesty International, İrana dair Beynəlxalq İnsan Haqları Kompaniyası, Dünya Tələbələr Assambleyası, Hanı Mənim Səsim kimi təşkilatların nümayəndələri imzalayıblar.

Bu təşkilatın təmsilçiləri dünən gecə New Yorkda BMT-nin baş ofisi qarşısında növbə çəkərək İranda dinc mitinçilərlə həmrəylik nümayiş etdiriblər. Sonra keçirdikləri mətbuat konfransında isə dünya ictimaiyyətini İrana təzyiqləri gücləndirməyə çağırıblar.

İranda insan haqlarını müdafiəsi sahəsində fəaliyyətinə görə Nobel Mükafatı almış Şirin İbadi də beynəlxalq dəstək üçün müraciət edib. O, xəbərdarlıq edib ki, hökumət zorakılıqları davam etdirərəsə, faciələr baş verəcək.

Yanvarın 15-də BMT-nin İnsan Haqları Şurası Cenevrədə fövqəladə iclas keçirərərk İranda vəziyyəti müzakirə edəcək.

Keçən ilin yayında Əhmədinejadın yenidən seçildiyi elan edilən prezident seçkisindən sonra hökumət müxalifətin yüzlərlə tərəfdarını həbs edib. Seçkinin saxtalaşdırıldığını deyən müxalifətin mitinqləri zorakılıqla dağıdılır.
XS
SM
MD
LG