Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:06

Bir deputat yerinə 19 nəfər iddialıdır


Iraqda parlament seçkisi kampaniyası başlayıb. Hakimiyyət ölkənin keçmiş diktatoru Səddam Hüseynin Bəəz partiyası ilə əlaqədə ittiham etdiyi xeyli iddialının namizədliyini qeydə almayıb. Bu da ölkədə sünni müsəlmanlarla şiələr arasında münasibətləri gərginləşdirib. Sünnilər deyirlər ki, indi hakimiyyətdə şiələrdir və onları sıxışdırırlar.

Seçki Komissiyası əvvəlcə 500 nəfərin namizədliyini qeydə almaqdan imtina etmişdi. Sonrada siyahı azaldıldı və 170 adama seçkidə iştitrka etmək hüququ verilmədi.

Seçki martın 7-də keçirilməlidir. Parlamentdəki 325 yer uğrunda mübarizəyə 6200 namizəd qoşulub.
XS
SM
MD
LG