Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:21

Əsgərlərin belində gəzən gizirə 9 illik həbs


Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmə tabeliyində olan əsgərləri incitdiyinə görə daha bir zabiti uzun müddətli həbsə məhkum edib. Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin zabiti Sahil Atayevin mühakiməsi zamanı onun əsgərləri döydüyü, təhqir etdiyi təsdiqlənib. Sahil Atayevin tabeliyində olmuş və məhkəmədə zərərçəkmiş kimi dindirilmiş əsgərlər Seymur Bağırov, Nəvai Həsənov, Rəşad Xəlilov, Ricay Ağayev, Xəyyam Kərimov, Nicat Aslanov, Həsən Allahverdiyev gizirin onlara verdiyi işgəncələrdən danışıblar.

Məsələn, əsgər Seymur Bağırov bildirib ki, «qalx» komandasında yuxudan vaxtında ayılmadığına görə, gizir onu təpiyinin altına salıb. Əsgər Nəvai Həsənovsa odun gətirməyə getmək istəmədiyinə görə döyülüb. Zərərçəkmiş kimi tanınan digər əsgərlər ifadələrində göstəriblər ki, gizirin kefi kök olanda onları yerə yıxaraq bellərində gəzirmiş. Əsəbləri gəriləndə isə səngər təmizləyən əsgərləri qırmancla döyürmüş.

Ötən ilin oktyabr ayında gizirin əsgərlərə qarşı aqressivliyi son həddə çatıb. Səbr kasası daşan əsgərlərdən biri Həsən Allahverdiyev gizirin söyüşlərinə söyüşlə cavab verib. Əsgərin üzə qayıtması giziri əsəbiləşdirib və o, atəş açaraq əsgəri qarnından yaralayıb.

Gizir Atayev tabeliyində olan əsgərlərə bu münasibətinə görə 9 il həbsdə qalacaq.
XS
SM
MD
LG