Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:32

Sarkisyan Türkiyə ilə protokolları parlamentə göndərdi


Prezident Serj Sarkisyan fevralın 12-də Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması və sərhədin açılmasını nəzərdədə tutan protokolları təsdiq üçün parlamentə göndərib.

Türkiyə tərəfi də sənədləri çoxdan parlamentə verib. Sənədlər hər icra üçün hər iki ölkədə parlamentlərin təsdiqini gözləyir.

Bu protokolları hər iki ölkənin xarici işlər nazirləri keçən ilin oktyabrında imzalayıblar. Orada həmçinin ermənilərin “soyqırım” dedikləri hadisələrin araşdırılması üçün birgə hökumətlərarası komissiyanın yaradılması nəzərdə tutulur. Amma Ermənistanın Konstitusiya Məhkəməsi qərar qəbul edib ki, bu komissiya yalnız iki xalq arasında əlaqələrin genişləndirilməsi ilə məşğul olmalıdır.

Serj Sarkisyan da dəfələrlə bildirib ki, bu protokollar onları “soyqırımın beynəlxalq səviyyədə tanınması” kampaniyasından əl çəkməyə məcbur etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG