Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:22

ATƏT-in sədri fevralın 14-də Bakıya gəlir


ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi, xarici işlər naziri Kanat Saudabayevin Azərbaycana səfərinin proqramı elan edilib.

ATƏT-in Bakı ofisindən bildiriblər ki, K.Saudabayev Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində fevralın 14-də Bakıya gələcək. Onun regiona səfəri fevralın 17-ə qədər davam edəcək.

O, Azərbaycan, Ermənistan və Gürcüstanda prezidentlər, parlamentlərin spikerləri, Xarici İşlər naziriləri, siyasi partiyaların təmsilçiləri ilə görüşəcək.

K.Saudabayev bu səfərində Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara cvasitəçilik edən ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə dəstək verəcək. O, həmçinin ATƏT, Avropa Birliyi və BMT-nin rəhbərlik etdiyi Cenevrə Dorumunda irəli sürülən məsələləri müzakirə edəcək.

ATƏT sədri həmçinin regionda demokratik prosesləri, media azadlığını və hüquqi islahaltların gedişini müzakirə edəcək.

K.Saudabayev hər üç ölkədə mətbuat konfransı keçirəcvək.
XS
SM
MD
LG