Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:15

Azərbaycana köhnə avtomobil gətirmək qadağan olunacaq


Bu ilin iyulun 1-dən Azərbaycana Avropa standartlarına cavab verməyən avtomobillərin idxalına icazə verilməyəcək.

Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komissiyasının rəhbəri Ramiz Həsənov fevralın 12-də keçirdiyi mətbuat konfransında deyib.

R.Həsənov deyib ki, Nazirlər Kabineti bir həftə ərzində konkret hansı ildən başlayaraq istehsal olunmuş avtomobillərin idxalının qadağan edilməsi qaydalarını müəyyənləşdirəcək.

Ramiz Həsənov bildirib ki, bu istiqamətdə milli standartların hazırlanması prosesi Dövlət Neft Şirkəti ilə (ARDNŞ) birlikdə aparılır. Çünki yerli yanacaq da Avropa standartlarına cavab verməlidir. (ANS, Trend)

Günün bütün mövzuları

XS
SM
MD
LG