Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:40

Balaxanının keçmiş bələdiyyə sədri həbs olunub


«Mətanət A» şirkəti Balaxanı kəndinin ərazi torpağını Məhəmmədi kənd ərazisi kimi sənədləşdirib

«Mətanət A» şirkəti Balaxanı kəndinin ərazi torpağını Məhəmmədi kənd ərazisi kimi sənədləşdirib

Balaxanının keçmiş bələdiyyə sədri Cavanşir Məmmədov həbs edilib. Keçmiş bələdiyyə sədri Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən tutulub və hazırda Zabratda yerləşən istintaq təcridxanasında saxlanılır.

Balaxanı icra nümayəndəliyindən C.Məmmədovun bələdiyyə sədri olduğu müddətdə qanunsuz torpaq satdığı üçün həbs edildiyi söylənilib.

C.Məmmədov bir neçə gün əvvəl həbs olunub. Ona qarşı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülüb. Həbsin səbəbinə gəlincə, idarədən bildirilib ki, Balaxanı bələdiyyəsi ilə bağlı idarəyə daxil olmuş şikayətlər araşdırılıb və sonda C.Məmmədov həbs edilib.

Bu barədə «Milli.az» saytı məlumat yayıb.

Bələdiyyə sədrinin yaxın ətrafı tərəfindən AzadlıqRadiosuna bildirilib ki, Cavanşir Məmmədov 2005-ci ildə Balaxanı bələdiyyəsinin sədri seçilib. Bələdiyyə sədri işlədiyi dövrdə Balaxanının «Mətanət-A» şirkətinə verilmiş torpaqların geri qaytarılması ilə əlaqədar məhkəməyə müraciət edib. Məhkəmə Balaxanı ərazisinə düşən torpaqların Məhəmmədli kəndinin torpağı kimi saxta sənədlər əsasında «Mətanət-A» şirkətinə verildiyini üzə çıxarıb. Həmin torpaqların bir qismi məhkəmə yolu ilə geri qaytarılıb. Sonuncu bələdiyyə seçkilərində isə Cavanşir Məmmədov iştirak etməyib. Onun təqribən 1 ay əvvəl həbs olunduğu bildirilir. Yaxın ətrafı onun sifarişlə həbs olunduğunu iddia edir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə AzadlıqRadiosuna bələdiyyə sədrinin həbs olunduğunu təsdiqləsə də, onun hansı maddə ilə ittiham olunduğunu və konkret hansı əməlinə görə təqsirləndirildiyini istintaq sirri hesab etdiyindən açıqlamayıb.

Məhkəmə qərarı ilə müəyyən edilib ki, «Mətanət A» şirkəti Balaxanı kəndinin ərazi torpağını Məhəmmədi kənd ərazisi kimi sənədləşdirib.

2005-ci il ildə Balaxanı Bələdiyyəsi məhkəməyə müraciət edib. Məhkəmə «Mətanət A» şirkətinə satılmış Balaxanı torpaqlarının bir qisminin geri qaytarılmasına dair qərar qəbul edib.

Şərhləri göstər

XS
SM
MD
LG