Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:55

Çin Obamanı Dalay Lama ilə görüşdən imtina etməyə çağırır


Çin prezident Barak Obamanı Tibetin dini lideri Dalay Lama ilə görüşməkdən dərhal imtina etməyə çağırıb.

Dünən Ağ Ev ABŞ prezidentinin Dalay Lama ilə görüşünün planlaşdırıldığı tarixi açıqlamışdı. Görüş fevralın 18-də Ağ Evdə baş tutmalıdır.

Dalay Lamanın Tibetin Çindən ayrılmasına çalışdığını bildirən rəsmi Pekin həmin görüşün iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da pisləşdirəcəyini bildirir.

XS
SM
MD
LG