Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:14

Dünyanın ən yaxşı fotoları Bakıda


«İlin Şəkilləri 2009» Beynəlxalq Fotojurnalistika müsabiqəsindən seçilmiş işlər fevralın 18-dən martın 18-nə kimi Azərbaycan Media Mərkəzində "Yaxşıların Yaxşısı" adlı sərgidə nümayiş olunacaq.
50 fotoşəkildən ibarət sərgi Missuri Jurnalistika Məktəbi, Azərbaycan Media Mərkəzi, Bakıdakı ABŞ Səfirliyi tərəfindən təşkil olunub.
Səfirlik həmçinin, Azərbaycan fotoqrafları və redaktorları üçün 5-10 mart tarixlərdə «National Geographic» jurnalının sabiq foto direktoru Kent Kobersteenin yaradıcılığını əks etdirən seminarlara maliyyə dəstəyi verir.

«İlin Şəkilləri 2009» Beynəlxalq Fotojurnalistika müsabiqəsi 1944-cu ildən Missuri Jurnalistika Məktəbi tərəfindən keçirilir. Bu müsabiqə dünyanın hər yerindən ən yaxşı jurnalistləri tanımaq və vizual jurnalistikanın vacibliyini ışıqlandırmaq məqsədi daşıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG