Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:47
Dünyada bir bestseller var- “Da Vinçi Kodu”.

Bu kitab indiyədək 44 ölkədə 80 milyon tirajla çıxıb.

Avstraliyada 15 min nəfərlik sorğuda bu kitab indiyədək yazılan 101 ən yaxşı kitab siyahısında dördüncü yeri tutdu.

Müəllif Den Braun bu yaxınlarda bunun ardını çap etdirdi : “İtirilmiş rəmz”.

Bu kitablar simvollar və kodlar haqdadır.

Özü də simvolla kod fərqlidir. Simvol nəyinsə işarəsidirsə, kod özündə böyük bir informasiyanı daşıya bilər.

Simvola, koda inanmayanlar üçün deyim ki, belə baxanda, məsələn, H2O da simvoldur- suyun simvolu.

Və yaxud bizim sivilizasiya məhv olsa, 500 il sonra bir arxeoloq üstündə E=mc2 yazılan bir lövhə tapsa, desə ki, bu, dağıdıcı qüvvənin kodudur, çoxusu ona güləcək.

Ancaq bu, doğrudan da belədir.

Daha dərində olan misallar da çəkə bilərəm.

“Adidas”ın və ya “Mersedes” in emblemləri

fərqlənsələr də, rəmz baxımdan eynidirlər- kişiliyin rəmzidirlər. (Ona görə də Bakıda bütün kişilərin Mersedes almaq istəməsinin daha dərin səbəbləri var).

Den Braun
Den Braun öz kitablarında hamıya tanış olan rəmzlərin yeni, çox maraqlı izahlarını, açıqlamalarını verir.

Bu kitabların populyarlığını nəzərə alanda fikirləşirəm ki, o yaza bilirsə, biz niyə bu mövzuya toxunmayaq.

Özü də göstərməyə bizim daha müəmmalı rəmzimiz var.

AZƏRBAYCANIN RƏMZİ...

O rəmz uzaqda deyil - Azərbaycanın bayrağındakı aypara və səkkizguşəli ulduzdur.

Bu rəmzdə maraqlı olan nədir? Əgər ayparanın əsasında ayın bütün dairəsini bərpa etsək, ulduz ayın üstə çıxmış olur.

Bu da ola bilməz. Çünki yerdən baxanda heç vaxt ulduz ayın üstə çıxa bilməz.

Ancaq kim deyir ki, o səkkizgüşəli olan məhz ulduzdur?

Ancaq ulduz deyilsə, nədir?

Ağla gələ bilən işıqdır....

QƏDİM SİMVOL YOXSA KOD?...

...Bu yaxınlıarda bir çox alimlərin iştirak etdiyi bir maraqlı sənədli filmə baxırdım.

Orda deyilirdi ki, ayın səthində naməlum mənşəli işıqlar müşahidə olunur.

Teleskopla çəkilən şəkillərdə görsədilirdi ki, hətta kiçik bir işıq ayın səthindən qalxıb, ayın çevrəsinin yarısı boyda məsafə qət edib, yenidən aya enir.

Ən maraqlısı sonra gəlirdi. Deyilirdi ki, gözlə görünməyən bu fenomeni Yerdə necə bilə bilərdilər? Və sübut kimi müxtəlif qədimi mənbələrdə eyni bir şəkli göstərdilər.

...Şəkildə aypara idi və onun səthinə yaxın olan, azacıq ayın üstə çıxan səkkizgüşəli ulduz-işıq....

İndi məni bir sual maraqlandırır: bu, simvoldur ya kod?


Həmçinin oxu

Koelyo və Azərbaycan nağılı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG