Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:18

Mingəçevirin keçmiş icra başçısına şərti cəza verilib


Mingəçevir şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, Ağir Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakimə olunan Süleyman Rəşidov 4 il müddətinə şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb. Bu barədə AzadllıqRadiosuna məhkəmədən məlumat verilib.

1997-ci ildə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Süleyman Rəşidov 1 il sonra tutduğu vəzifədən azad edilərək dövlət əmlakını talamaq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. İstintaq orqanından gizləndiyindən onu ötən ilin sentyabr ayında həbs etmək mümkün olub.

Süleyman Rəşidov təkcə icra hakimiyyəti başçısı vəzifəsində işləyərkən yol verdiyi yeyintilərdə təqsirləndirilməyib. O, həmçinin bu vəzifəyə təyin olunanadək işlədiyi Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində də pul vəsaitlərini mənimsəməkdə ittiham olunurdu.
XS
SM
MD
LG