Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:21

Yankoviç Avropa parlametinə dəvət olunub


Avropa Parlamentinin sədri Yerji Bujek Ukraynada keçirilmiş prezident seçkilərinin rəsmi nəticələri elan olunduqdan sonra seçkilərin qalibi Viktor Yanukoviçi ən qısa müddətdə Avropa Parlamentinə səfərə dəvət edib.

Yanukoviçə ünvanladığı təbrik məktubunda Bujek bildirib ki, Avropa Birliyi ilə Ukrayna arasındakı əlaqələrin gücləndirilməsi və Şərq Tərəfdaşlığı Siyasətinin uğurla həyata keçirilməsi məqsədilə Avropa Parlamenti Ukraynanın prezidenti olaraq Yanukoviçlə əməkdaşlıq etmək əzmindədir.

Məktubda seçkilərin azad və ədalətli keçməsindən məmnunluq ifadə olunub. Bununla belə, seçki prosesinin təkmilləşdirilməsi üçün hələ də görülməli işlərin olduğu vurğulanıb.

XS
SM
MD
LG