Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:53
Milli Məclisin fevralın 12-i keçirilən iclasında deputatlar fevralın 5-də yağan qardan sonra ölkənin enerji təsərrüfatında, eləcə də digər sahələrdə yaranan problemləri müzakirə ediblər.

Bəzi millət vəkilləri hesab edirlər ki, belə vəziyyətin yaranmasına məsul olan şəxslər cavab verməlidirlər. İqbal Ağazadənin fikrincə, bələdiyyələrə düzgün səlahiyyət vermək lazımdır ki, belə hava şəraitində yaranmış vəziyyəti aradan qaldırmaq üçün mobil fəalliyət olsun.

Bəzi millət vəkilləri yaranmış enerji böhranında «Azərenerji»ni günahlandırıblar. Spiker Oqtay Əsədov isə «Azərenerji»ni müdafiə edib və deyib ki, bu qurumun problemin aradan qaldırılmasına çalışdığının şahidi olub.

Fazil Mustafa isə bildirib ki, üç gün qar yağdı, bu qədər problem yarandı: «Bəs dövlət müharibə aparsa, necə olar?»

Günün bütün mövzuları

XS
SM
MD
LG