Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:08

İrana yeni qaz kəməri çəkiləcək


İrana qaz satılması məqsədilə Astara-İran istiqamətində yeni qaz kəməri çəkilməsinə başlanılacaq.

Azəriqaz QSC-nın sədr müavini Nazim Səmədzadə deyir ki, buna səbəb
Astara-Qazıməmməd magistral qaz kəmərinin texniki standartlara cavab verməməsi, kəmərdə təzyiqin aşağı olmasıdır.

Kəmərin çəkilişi 2010-cu ildə başlayacaq. 2012-ci ildə isə təhvil verilməsi nəzərdə tutulur.

Kəmərin keçiriciliyi ildə 18 milyon kubmetr, uzunluğu 200 km olacaq.
XS
SM
MD
LG