Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:44

Dünya liderləri Yanukoviçi təbrik edir


Avropa Birliyinin liderləri və ABŞ Viktor Yanukoviçi prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik ediblər.

Avropa Birliyinin prezidenti Herman Van Rompuye Yanukoviçə ünvanladığı məktubda seçkilərin ümumilikdə beynəlxalq standartlara uyğun keçdiyini yazıb. Fransa prezidenti Nikola Sarkozi Ukrayna xalqının azad, plüralist və demokratik seçkilərə səs verdiyini söyləyib.

ABŞ prezidenti Barak Obama da Yanukoviçə zəng edərək onu qələbə münasibətilə təbrik edib, Ukrayna xalqını azad və ədalətli seçki keçirdiyinə görə alqışladığını bildirib.

XS
SM
MD
LG