Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:45

Bloqqerlərin məhkəməsi fevralın 17-ə qədər təxirə salındı


Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan bloqqerlər – Emin Milliylə Adnan Hacızadənin apelyasiya şikayətinə baxılmalıydı. Ancaq vəkil Elton Quliyev gəlmədiyi üçün məhkəmə fevralın 17-ə qədər təxirə salınıb. Vəkil İsaxan Aşurov isə deyib ki, məhkəmə prosesinin tez-tez təxirə salınmasında nə məhkəmənin, nə də ittiham tərəfinin günahı yoxdur. Səbəb vəkillərin işinin çox olmasıdır.

Apelyasiya şikayəti ilə bağlı ilkin məhkəmə baxışında vəkillər həbs qəti-imkan tədbirinin dəyişdirilməsini, bunun qarşılığında bloqqerlərin hər biri üçün 5 min manat girov qoymaq istəsələr də, hakim vəsatəti qəbul etməmişdi. Bundan sonra isə məhkəmə prosesi bir neçə dəfə təxirə salınmışdı.

Birinci instansiya məhkəməsi Emin Millini 2 il yarım, Adnan Hacızadəni 2 il müddətinə azadlıqdan məhrum edib. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmir, həbslərinin sifarişli olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG