Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:05

Bu gün parlament KİV haqqında qanuna əlavə və dəyişiklikləri müzakirə edəcək


Bu gün parlamentin iclasına “Kütləvi informasiya vasitələri” haqqında, “Məlumat azadlığı haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “İnformasiya əldə etmək” haqqında qanunlara əlavə və dəyişikliklər çıxarılacaq.

Nəzərdə tutulan dəyişiklərə görə, “KİV haqqında” qanunun 60-cı maddəsinə belə bir əlavə edilir: “Əməliyyat-axtarış halları istisna olmaqla digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmayaraq, KİV nümayəndələri tərəfindən izlənilməsi, video və foto çəkilişinin, səs yazısının aparılması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur”.

Hüquq müdafiəçiləri deyirlər ki, təklif edilmiş düzəlişlər ölkə Konstitusiyasına və İnsan Haqları üzrə Avropa Konvesiyasına ziddir. Bu düzəlişlər qəbul edilərsə, jurnalistlərin məlumatları toplamaq və yaymaq hüququ məhdudlaşacaq.

XS
SM
MD
LG