Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:29

Avropa Birliyi Yunanıstana kömək etməlidir


Avropa Birliyinin rəhbərliyi hesab edir ki, avro zonasına daxil olan ölkələr maliyyə böhranının qarşısını almaq üçün Yunanıstana kömək etməlidirlər.

Avropa Birliyinin rəhbəri Herman Van Rompey bu gün brüsseldə keçirilmiş sammitdə deyib ki, avro zonasında vəziyyəti sabitləşdirmək üçün Yunanıstana yardımla bağlı razılaşdırılmış tədbirlər görülməlidir.

Amma o Afinadan belə bir müraciət olmadığını qeyd edib.

Yunanıstandakı böhran avronun məzənnəsinə mənfi təsir göstərib.

Təkcə son 2 ay ərzində avro dəyərini 10 faiz itirib.

Mütəxəssislər hesab edir ki, İspaniyayla Portuqaliya da eyni problemlə üzləşə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG