Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:12

Liberman Türkiyə gərginliyinin Azərbaycanla münasibətə təsiri barədə


Avidqor Liberman
Avidqor Liberman
«Mən Azərbaycan – Türkiyə, Azərbaycan - İsrail və İsrail- Türkiyə münasibətləri arasında ziddiyyət görmürəm. Bizim Türkiyə ilə əlaqələrimizə ümumiyyətlə bütün dünyada münasibətlərin soyuması fonunda baxmaq lazımdır».

Bunu İsrailin Bakıda səfərdə olan Xarici İşlər naziri Avidqor Liberman fevralın 11-də Bakıda jurnalistlərə müsahibəsində deyib:

«Amma biz ümid edirik ki, Türkiyə ilə münasibətlərimiz əvvəlki məcraya qayıdacaq. Son baş verən böhranın təşəbbüskarı biz deyildik və ümid edirik ki, bu hal uzun sürməyəcək».

Gərginliyə səbəb İsrail Xarici İşlər nazirinin müavini Danny Ayalonunun davranışı olub. Ankara bildirir ki, yanvarın 11-də diplomatik görüş zamanı türkiyəli səfirə hörmətsizlik edilib. Səfir Oğuz Çelikqol daha alçaq yerdə əyləşdirilib və İsrail rəsmisi onunla əl verib görüşməkdən imtina edib.

Ayalonu Çelikqolu Türkiyənin «Kurtlar vadisi» televiziya serialını müzakirə etmək üçün dəvət etmişdi. İsrail türklərin çəkdiyi televiziya serialında yəhudi agentlərin uşaq oğrusu kimi təsvirinə etiraz edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG