Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:42

Yunanıstandakı böhran avroya təhlükədir


Avropa Birliyi liderlərinin bu gün Brüsseldə keçirilən iclasında əsasən Yunanıstandakı maliyyə böhranı müzakirə olunacaq.

Sammit iştirakçıları xüsusilə Yunanıstandakı büdcə kəsirinin qarşısını almaq üçün ona yardım göstərilməsini götür-qoy edəcəklər.

Yunansıtanda baş verən problemlər, Avroya böyük təhlükə sayılır.

Bundan başqa bu problemlər maliyyə böhranı ilə üzləşmiş İspaniya və Portuqaliya kimi ölkələrə mənfi təsir edə bilər.

Dünən Yunanıstanda xərclərin azaldılması və digər bu cür tədbirlərə qarşı kütləvi etiraz nümayişi keçirilib.
XS
SM
MD
LG