Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:37

Avropa Məhkəməsindən Azərbaycanla bağlı növbəti qərar


Fevralın 11-də Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı növbəti qərar çıxarıb.

APA-nın məhkəmənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan məhkəməsi evi məcburi köçkünlər tərəfindən zəbt edilən Cəfərov soyadlı Azərbaycan vətəndaşının xeyrinə qərar versə də, bu qərar hakimiyyət orqanları tərəfindən icra olunmayıb. Cəfərov bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Məhkəmə iddiaçının Avropa İnsan Haqları Konvensiyasının 6 maddəsinin 1-ci paraqrafı (ədalətli mühakimə) və 1 saylı Protokolun 1-ci maddəsində (mülkiyyətin müdafiəsi) nəzərdə tutulan hüquqlarını pozulduğu qənaətinə gəlib.
XS
SM
MD
LG