Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:27
Ötən il Azərbaycanda söz və mətbuat azadlığının müdafiəsində xidmətlərinə görə, AŞ PA həmməruzəçisi Andres Herkelə «Jurnalistlərin dostu» mükafatı təqdim olunub. AŞ PA həmməruzəçisi bu ada ötən il layiq görülüb.

Mükafatın təsisçisi Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzi rəhbəri Pərviz Həşimli deyir ki, Herkel bu mükafata ölkənin gündəlik nəşr edilən 15 qəzetinin, 4 televiziya kanalının, 4 informasiya agentliyinin və 3 internet qəzetinin ümumilikdə 60 əməkdaşı arasında keçirilən sorğu nəticəsində layiq görülüb.

Pərviz Həşimlinin sözlərinə görə, sorğu iştirakçılarının əksəriyyəti «Azərbaycanda söz və mətbuat azadlğının müdafiəsində hansı şəxsin (təşkilatın) fəaliyyətini yüksək dəyərləndirirsiniz» sualına cavab verərkən AŞ PA həmməruzəçisinin adını qeyd edib.

«Jurnalistlərin dostu» mükafatına Andres Herkeldən əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi layiq görülüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG