Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:12

İranda müxalifət yenə küçələrə çıxdı


İranda İslam inqilabının 31-ci ildönümü tədbirləri, 11 fevral, 2010

İranda İslam inqilabının 31-ci ildönümü tədbirləri, 11 fevral, 2010

Bu gün, fevralın 11-də Tehranda İslam İnqilabının 31-cü ildönümü münasibətiylə keçirilən nümayişlər zamanı müxalifətçilərlə hökumət tərəfdarları arasında toqquşmalar olub.

Şəhərin mərkəzində prezident Mahmud Əhmədinejat minlərlə tərəfdarı önündə çıxış eləyib.

Müxalifət tərəfdarları isə Əhmədinejat əleyhinə şüarlar səsləndirərərk ötən ilin iyun seçkisinin nəticələrinə etiraz eləyiblər.

Aksiyalar zamanı müxalifət liderləri Mehdi Karrubi və Məhəmməd Xatəmi hökumət qüvələri tərəfindən hücuma məruz qalıb. Bu barədə Azadlıq Radiosunun İran xidmətinə Karrubinin oğlu - Hüseyn Karrubi məlumat verib.

Hüseyn Karrubi bildirib ki, atası xəsarət almayıb, ancaq onun ətrafındakılar döyülüb. Karrubinin maşınına da ərazini tərk edərkən hücum olub.

Fərda Radiosu bildirir ki, sabiq prezidet Xatəminin maşını da Tehranda müxalifət yürüşünə gedərkən hücuma məruz qalıb.

İran xidmətinin məlumatına görə hökumət qüvvələri və müxalifət tərəfdarları arasında toqquşma Tehranın mərkəzi və şimal-qərbində də olub.

Tehrandan başqa digər şəhərlərdə də etirazlar qeydə alınıb. Şahidlərin sözlərinə görə, İsfahanda da Təhlükəsizli kqüvvələri 20 müxalifətçini həbs ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG