Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:17

İranda müxalifətçilərə hücum olub


İranda İslam İnqilabının 31-ci ildönümü zamanı müxalifət liderləri Mehdi Karrubi və Məhəmməd Xatəmi hökumət qüvələri tərəfindən hücuma məruz qalıb. Bu barədə Azadlıq Radiosunun İran xidmətinə Karrubinin oğlu məlumat verib.

Hüseyn Karrubi bildirib ki, atası xəsarət almayıb, ancaq onun ətrafındakılar döyülüb. Karrubinin maşınına da ərazini tərk edərkən hücum olub.

Fərda Radiosu bildirir ki, sabiq prezidet Xatəminin maşını da Tehranda müxalifət yürüşünə gedərkən hücuma məruz qalıb.

İran xidmətinin məlumatına görə hökumət qüvvələri və müxalifət tərəfdarları arasında toqquşma Tehranın mərkəzi və şimal-qərbində də olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG