Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:07

"525 kitab" seriyasIndan daha iki kitab nəşr edildi


Azərbaycan Yazıçılar Birliyində “525 kitab” seriyasından növbəti layihə çərçivəsində işıq üzü görmüş iki yeni nəşrin təqdimatı keçirilib.

Bunlar xalq yazıçısı Çingiz Abdullayevin “Etiraflar vadisi” və “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, şair Səlim Babullaoğlunun “Polkovnikə heç kim yazmır” kitablarıdır.

Tədbirdə giriş sözü ilə çıxış edən seriyanın rəhbəri, “525-ci qəzet”in baş redaktoru, AYB-nin katibi Rəşad Məcid bu seriya çərçivəsində indiyədək bir çox nəşrlərin işıq üzü gördüyünü vurğulayıb:

“2008-ci ildə Səlim Babullaoğlu və Elxan Zal Qaraxanlı bu istiqamətdə ilk uğurlu addımları atıblar. Biz də bu işdə onlara hər baxımdan dəstək olmağa çalışmışıq.

O zaman həmin seriyadan 8 kitab işıq üzü görüb. Sonra isə seriya çərçivəsində “Bank of Azerbaijan”ın “Ədəbiyyata sevginizi dəstəkləyirik” devizi ilə qadın yazarlarımızın yaradıcılığını əhatə edən daha beş kitabın nəşrinə nail olduq.

İndi də bu seriyadan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə daha bir layihəyə start verilir.

Xalq yazıçısı Çingiz Abdullayev və şair Səlim Babullaoğlunun kitabları yeni layihə üzrə işıq üzü görən ilk nəşrlərdir”.

R.Məcid min tirajla çap olunacaq kitablardan 600 nüsxənin ölkə kitabxanalarına, 300-nün “525-ci qəzet”in abunəçilərinə, 100-nün isə müəlliflərə təqdim ediləcəyini bildirib.

O, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu layihə çərçivəsində kitabı çap olunacaq müəlliflərə müəyyən miqdarda qonorar verilməsi nəzərdə tutulduğunu da qeyd edib.

"525-ci qəzet"

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG