Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:27

Toyuq dönərinə görə 100 manat cərimə


Toyuq ətindən dönər satanlar 100 manat cərimə ediləcək.

Bu barədə məluamatı Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri Kərim Rəhimov verib.

Onun sözlərinə görə yaxın günlərdə Gəncədə fəaliyyət göstərən dönərxanalarda reydlər keçiriləcək. Məqsəd obyektlərdə sanitar-gigiyenik qaydalara nəzarət, həmçinin toyuq ətindən satılan dönərxanaları bağlamaqdır.

K.Rəhimov deyir ki, dönərdə istifadə edilən toyuq əti xarici ölkədən gətirilir. Bu isə quş qripi və digər virus xəstəliklərinin yayılması üçün əlverişli şərait yaradır. Məhz buna görədə toyuq ətindən hazırlanan dönərin satışı qadağandır. Yalnız mal ətindən dönər satıla bilər.

Rəhimov qadağanı pozan obyekt sahiblərinin ən azı100 manat cərimə olunacağını qeyd edib.

Gəncədə xüsusən şəhər mərkəzində 10-dan çox dönərxana fəaliyət göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG