Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:12

Rail Rzayevin qətlindən bir il keçir


Fevralın 11-də general-leytenant Rail Rzayevin qətlindən bir il keçir. Qətl hadisəsi ilə bağlı istintaq davam edir. İstintaqı Respublika Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu aparır.

General-leytenant Rail Rzayevin qətlindən sonra onun köməkçisi Aydın Rəfiyev və oğlu Anar Rəfiyev həbs olunub, oğurluq və mənimsəmə və ya israf etmə maddələri ilə təqsirləndirilirlər. Artıq generalın həbsdə olan köməkçisi və oğlunun cinayət işinin istintaqı yekunlaşıb, yaxın günlərdə baxılmaq üçün məhkəməyə göndəriləcək.

Vəkil Aslan İsmayılov isə deyir ki, general Rail Rzayevin qətli ilə bağlı aparılan istintaq işində çoxlu qanunsuzluqlara yol verilib:

“Əgər kimsə konkret olaraq qətl hadisəsini bir aya və ya bir ilə açılacağını dəqiq deyərsə, bu düz olmaz. Həmdə heç kim deyə bilməz ki, cinayət işini neçə müddətə aça bilərəm. Amma hesab edirəm ki, bu qətl hadisəsinin üstünün açılması üçün bir il kifayət qədər bəs edər. Bundan savayı təəssüflə deməliyəm ki, istintaq dövründə çoxlu ayda qanunsuzluqlar olub. Xüsusi ilə bu işə heç bir aidiyyat olmayan insanlar həbs edilib və incidilib. Şəxsən mənim müdafiə etdiyim Anar Rəfiyevin bu işlə bağlı heç bir əlaqəsi yoxdur. Amma o doqquz aydır ki, orada girov saxlanılıb”.

Baş prokuror Zakir Qaralov bu ilin oktyabrında jurnalistlərə açıqlamasında bildirib ki, Rail Rzayevin qətlindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə olub və ordan bəzi maddi əşyalar oğurlanıb. Aydın Rəfiyev başda olmaqla daha bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulayan Zakir Qaralov onların məhz bu əməllərinə görə həbs olunduqlarını deyib. Baş prokuror, həmçinin saxlanılan şəxslərin generalın qətlində bilavasitə iştirakının olub-olmamasının da araşdırıldığını qeyd edib.

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı 2009-cu il fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG