Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:36

Ali təhsil müəssisələrində yeni mexanizm


Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə fərman imzalanıb.

Prezident İlham Əliyevin fərmanına görə 2010/2011-ci tədris ilindən başlayaraq Azərbaycan ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçiriləcək.

Dövlət sifarişinin formalaşdırılması ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınmaqla təmin olunacaq.
Mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər.

Fərmanda qeyd olunur ki, hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti sahə nazirlikləri ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir.
XS
SM
MD
LG