Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:54

Professor Cəmil Əhmədli vəfat edib


Fəlsəfə elmləri doktoru, professor Cəmil Əhmədli vəfat edib.

Onun prorektor olduğu Azərbaycan Avrasiya Universitetindən verilən məlumata görə, Cəmil Əhmədli fevralın 9-dan 10-na keçən gecə qəflətən dünyasını dəyişib.

O bu bu gün Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

Cəmil Əhmədli 1931-ci il oktyabrın 27-də Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olub.

Əməkdar elm xadimi, Pyotr Elmlər və İncəsənət Akademiyasının akademiki, Bakı Dövlət Universitetində Humanitar fakültələr üzrə fəlsəfə kafedrasının professoru olub.

20-dən çox kitabın, 400-dən artıq məqalə və 16 monoqrafiyanın müəllifidir.
XS
SM
MD
LG