Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:54

Türkiyə ABŞ-a diplomatik heyət göndərir


Türkiyə Ermənistan Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı mövqeyini açıqlamaq üçün Vaşinqtona diplomatik heyət göndərir.

Xarici İşlər Nazirliyinin müşaviri Firudin Siniroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtona fevralın 13-də gedəcək.

APA-nın “Hürriyət”ə istinadən yaydığı məlumata görə, Ermənistan Konstitusiya Məhkəməsinin Sürix protokolları ilə bağlı qərarından sonra Ankara Vaşinqtona mövqeyini açıqlamaq fikrindədir.

Firudin Sinirlioğlu artıq bu məqsədlə fevralın 5-də İsveçrədə olub.

Türkiyənin Xarici İşlər Nazirliyi analoji missiya ilə Rusiya və Fransaya da nümayəndə heyəti göndərmək fikrindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG