Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:12

«Hər bir redaksiyanın senzurası olmalıdır»


«Bu, azad sözə qarşı repressiv bir qərardır»

«Bu, azad sözə qarşı repressiv bir qərardır»

Fevralın 12-i parlamentdə KİV haqqında qanunun 60–cı maddəsinə dəyişikliklər müzakirə olunacaq. «İşdən sonra» proqramının qonaqları bu məsələyə münasibətlərini bildiriblər. «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

- Jurnalistlərin hüquqları pozulmur. Jurnalist lazımı məqamlarda peşə fəaliyyətini düzgün aparırsa, Konstitusiyanın özündə göstərilir ki, əgər xəbərdarlıq edilmədən məlumat toplanırsa, bu, özü bir cinayətdir. Bu, praktikanda da özünü doğruldur. Cəmiyyətdə pis şeyləri yox, yaxşı şeyləri görmək lazımdır. Jurnalistin informasiya əldə etmək azadlığı var. Və bu məhdudlaşdırılmır. Hər bir ölkənin dövlət sirləri var.
Ələsgər Məmmədli
Hər bir redaksiyanın da senzurası olmalıdır.

Hüquqşünas Ələsgər Məmmədli də məsələyə öz mövqeyini bildirib:

- KİV haqqında qanunun 60–cı maddəsinə dəyişiklik - yəni azadlıqdan sui-istifadəyə görə məsuliyyətin müəyyən edilməsi, şəxsin razılığı, xəbəri olmadan onun haqqında informasiyanın toplanması yolverilməzdir deməklə faktın toplanmasının qarşısını alır. Bu, artıq jurnalist azadlığının, KİV azadlığının olmadığını göstərir. Hazırkı qanunun tətbiqi birbaşa ona gətirib çıxaracaq ki, bunun reallıqda ictimai əhəmiyyətin olub-olmadığını əsaslandıra bilməyəcəksiniz.

Bəhruz Quliyev onu da deyib ki, parlamentdə kifayət qədər nüfuzlu jurnalistlər, ağıllı millət vəkilləri var:

- Sözsüz ki, kifayət qədər səs yığmış insanlar axmaq adam ola bilməzlər. Oturub müzakirə edəcəklər. Dəyişikliklər də edəcəklər.
Şahvələd Çobanoğlu
Dəyişiklik o formada qəbul ediləcək ki, bizi qane edəcək.

Proqramda Xalqdan.info xalq jurnalistikası layihəsinin rəhbəri Şahvələd Çobanoğlu da iştirak edib. O deyib:

- Jurnalistika nəzarətdir. Xalqa informasiyanın çatdırılması deməkdir. Bu, azad sözə qarşı repressiv bir qərardır. Bu, qəbuledilməzdir. Xalqı irəli aparmaq üçün etiraza ehtiyac var.

Qonaqlar arasında niyə polemika yarandı?

Müzakirə ediləcək dəyişikliklərin xeyirli və ziyanlı tərəfləri hansılardır?

Daha artığını bilmək istəyirsiniz?

PROQRAMI DİNLƏYİN

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG