Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:54

NAMAZ PROTOKOLA MANE OLUR


Demə, Şəhidlər Xiyabanındakı «Şəhidlər» Məscidi təmirə bağlanmayıb. Azərbaycan rəsmiləri düşünür ki, Şəhidlər Xiyabanı Allaha ibadət yeri ola bilməz. Prezident Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mediaya açıqlamasında belə deyib:

«Protokol tədbirlərinin keçirildiyi məkanda maşınların saxlanması, insanların dəstəmaz alıb namaz qılması yolverilməzdir».

Həsənov Məscidin bağlanması səbəblərindən biri kimi həm də onun sürüşmə zonasında yerləşməsini göstərib.

Türkiyənin Dini İşlər Vəqfi «Şəhidlər» Məscidini 1996-cı ildə tikib. Türkiyənin Azərbaycandakı səfirliyinin dini attaşesi Müzəffər Şahin isə deyir ki, məscid heç yerə sürüşməyib:

«Ola bilər ki, sonradan geoloqlar süxurları araşdırıb hansısa yerdəyişmələr tapıblar. Ancaq adı gözlə baxanda məscid elə 1996-cı ildə tikildiyi yerdədir».

«Şəhidlər» Məscidinin 50 metrliyində 2 beşulduzlu otel tikilir.

10 MİN ERMƏNİ NECƏ OLDU?

Prezident Administrasiyasının başçısı Ramiz Mehdiyev Rusiya-Azərbaycan I Humanitar İşbirliyi Forumundakı çıxışında deyib ki, Ermənistan öz ərazisində etnik təmizləmə siyasəti yürütsə də, Azərbaycanda indi də 20 min erməni yaşayır.

Bir neçə il öncə eks-prezident Heydər Əliyev ölkədə 30 min erməni yaşadığını bildirmişdi. Mehdiyev çıxışında 10 min ermənin taleyinə aydınlıq gətirməyib.

ƏSGƏRLİYƏ BƏLƏDİYYƏLƏR APARACAQ

2012-2013-cü illərdə Azərbaycanda Silahlı Qüvvələrə səfərbərlik məsələləri bələdiyyələrin səlahiyyətinə veriləcək. Hərbi komissarlıqdan mediaya bildiriblər ki, komissarlıqlarda çalışan 1500 nəfər ixtisara düşəcək.

AZƏRBAYCAN ARTIQ GÖYLƏ ƏLLƏŞİR

Azərbaycan astrofizikləri kainatda yeni ulduz axtarır. Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında bunun üçün yeni spektroqraf quraşdırılıb.

AMEA-dan bildiriblər ki, qurğu ilə uzaq ulduzların ətrafında indiyə qədər elmə bəlli olmayan planetlərin axtarışı aparılacaq. AMEA yeni planet tapılsa ona kimin adının veriləcəyinə açıqlıq gətirməyib.

TAPILDI!!!

2009-cu il iğtişaşlarından sonra itmiş sayılan Moldovanın Müstəqillik Aktının əsli axır ki, tapılıb. 1991-ci ildə imzalanan Müstəqillik Aktını onu imzalayanlardan biri - doktor Meretsuya bir neçə gənc verıb. Gənclər deyiblər ki, sənədi parlament binasının qarşısındakı zibillikdən tapıblar. 2009-cu il aprelin 7-də Moldovada baş verən iğtişaşlarda başqa inzibati binalarla yanaşı Müstəqillik Aktının saxlandığı parlament binası da yandırılmışdı.

Şərhləri göstər

XS
SM
MD
LG