Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:48

«Bakıelektrikşəbəkə» «Azərenerji»ni təkzib edir


Fevralın 9-da Bakıya elektrik verilişi dayanıb
Fevralın 9-da Bakıya elektrik verilişi dayanıb
«Azərenerji»nin fevralın 10-da yaydığı məlumatda deyilir ki, fevralın 9-da Bakıya elektrik enerjisi verilişi dayanandan altı dəqiqə sonra yenidən bərpa olunub. Enerjinin satışını həyata keçirən «Bakıelektrikşəbəkə» isə enerjini nəql dayanandan 15 dəqiqə sonra aldığını bildirir.

«Bakıelektrikşəbəkə»nin baş mühəndisinin 1-ci müavini Zakir Quliyev AzadlıqRadiosuna müsahibəsində bildirib ki, qeydə alınmış məlumatlara görə, şəhərə elektrik verilişi 11:55-də dayanıb, ilk dəfə 12:10, yəni, 15 dəqiqədən sonra bərpa olunub, saat 16 –a qədər Bakının 60 faiz hissəsinə artıq işıq verilib, 17:00-da isə elektrik verilişi bərpa olunub.

«Azərenerji»nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev isə bildirir ki, ola bilsin ki, «Azərenerji» elektriki bərpa edib, «Bakıelektrişəbəkə» onu gec götürüb. «Bakıelektrikşəbəkə»nin sözçüsü Tanrıverdi Mustafayev isə bildirir ki, elektrik verilişi avtomatik tənzimlənir.

Fevralın 9-da Bakıya elektrik verilişi dayanıb. «Azərenerji»nin açıqlamasına görə, Səngəçal stansiyasından Xırdalan yarımstansiyasına gələn xətlərdə problemlər yaranıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG