Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:18

Qar ərzağı bahalaşdırdı


Bakıda ilk qar, 26 yanvar 2010
Bakıda ilk qar, 26 yanvar 2010
Bizim yol:

Qar ərzağı bahalaşdırdı

Son günlər havanın şaxtalı keçməsi ilə əlaqədar ölkədə ərzaq mallarının kəskin şəkildə bahalaşması müşahidə olunur. Yolların buz bağlanması rayonlardan paytaxta gediş-gəlişi bir qədər çətinləşdirdiyi üçün xüsisilə kənd təssərüfatı mallarının qiymətlərində artım müşahidə olunmaqdadır.
Ticarət obyektlərindən verilən məlumata görə, son bir ay ərzində kərə yağlarının qiyməti növündən asılı olaraq 8-15 % artıb.
Ölkənin əsas şəkər tozu olan «Azərsun» şirkəti şəkərin qiymətinin artmasını dünya bazarında şəkər çuğundurunun bahalaşmasıyla izah edir. Amma şirkət iddia edir ki, dünya bazarına nisbətən qat-qat aşağıdır. Qiyməti artan malların bir hissəsi Rusiyadan gətirilənlərdir. Qonşu ölkədən gələn peçenye və un məmulatları 8-10%, balıq konservləri 4 % bahalaşıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, bahalaşmanın iki mühüm səbəbi var. Biri qlobal, digəri lokal səbəbdir: “Qlobal səbəbə görə, Azərbaycan hökümətinin istehlakçı siyasəti yoxdur”.


Müsavat:

Baki məktəbləri donur

Təhsil naziri Misir Mərdanov bu il Bakı məktəblərinin istiliklə bağlı heç bir problem olmayacağını vəd etmiş, təhsil ocaqlarında istilik sisteminin quraşdırıldığını demişdi. Eyni zamanda bəzi rayonlarındakı məktəblərin istilik sistemi ilə bağlı problemlərin yaxın zamanda aradan qaldırılacağını söyləmişdi. Orta təhsil müəssisələrindəki vəziyyəti öyrənmək üçün bir daha bəzi məktəblərə baş çəkdik.
Ötən gün redaksiyamıza zəng vuran valideyn isə Maştağadakı 108 saylı məktəbdən şikayət etdi. Valideynin sözlərinə görə, məktəbdə qızdırıcılar işləmir:
“Uşaqlar soyuqdan dərsdə otura bilmirlər. Bu səbəbdən qızımı dərsə getməyə qoymuram. Sinif rəhbəri isə zəng vurub onu sinifdə saxlayacağı ilə hədələyir. Mənim üçün övladımın təhsil almasından öncə onun sağlamlığı vacibdir”.
Problemlə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənmək istəsək də, telefon zənglərimizə cavab verən olmadı.

Azərbaycan


"Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib
Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə "Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib.
Tədbirlər planında Xətai rayonunda, Naftalan şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması, Xocalı sakinlərinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara müraciətinin yayılması, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu dəhşətli hadisə ilə bağlı mətbuat konfranslarının, anma mərasimlərinin və s. keçirilməsi, xarici KİV və teleradio kanallarında materialların hazırlanması və yayılması nəzərdə tutulub.

Yeni Azərbaycan

Yasamal rayonunda böyük uğurlar əldə edilib

Ölkə üzrə əldə edilmiş nailiyyətlər Yasamal rayonunun timsalında da aydın görünməkdədir. Bu faktlar fevralın 9-da Yasamal rayonunda 2009-cu ilin sosial –iqtisadi inkiçafının yekunlarına həsr olunmuş hesabat yığıncağında səsləndirilib. Tədbirdə dünyanın bürümüş iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2009-cu ildə respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətlər diqqətə çatdırılıb,rayonda görülümüş işləri təhlil edilib.Bildirilib ki, park və meydanlarda əsaslı təmir- bərpa və çüasir tələblərə cavab verən yenidənqurma işləri aparılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG