Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:37

Yanukoviç Ukraynanın növbəti prezidentidir


Ukraynanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb, Viktor Yanukoviç səslərin təxminən 49 faizini toplayıb.

Komissiya seçkinin yekun nəticələrini fevralın 17-də elan etməli idi. Ancaq fevralın 10-da bütün səslərin hesablandığını və Yanukoviçin 48,95 faiz; rəqibi, baş nazir Yuliya Timoşenkonun isə 45,47 faiz topladığını bildirib.

Yanukoviç artıq qələbəsini elan edib.

Timoşenko məğlubiyyətini qəbul etmir və partiyası Yanukoviçi seçkiləri saxtalaşdırmaqda günahlandırıb.

XS
SM
MD
LG